İŞİD yeni dövlət qurdu, xilafət yaratdı

vehabi

Terrorçuların yaratdığı İraq Şam İslam Dövlətinin başında isə Əbu Bəkir əl-Bağdadi dayanacaq 

İraqda son dövrlər bir sıra şəhərləri ələ keçirən və Bağdad ordusu ilə döyüşlərə girən İraq Şam İslam Dövləti təşkilatı artıq dövlət olaraq yarandığını elan edib.

XALQ.AZ xəbər verir ki, yeni xilafət yaratdıqlarını bəyan edən silahlı dəstənin başında duranlar ilk xəlifələrinin də adını açıqlayıb.

Yazılı və videogörüntülü açıqlama ilə çıxış edən yeni dövlətin qurucuları İraq Şam İslam dövləti yaratdıqlarını və xəlifələrinin də Əbu Bəkir əl-Bağdadi olduqlarını bəyan ediblər.

Bundan başqa, İŞİD İraq və Suriya sərhəddini buldozerlə yıxaraq, Sykes-Picot müqaviləsinin də əhəmiyyətini itirdiyini açıqlayıb. Məlumatlara görə, terror təşkilatı xilafətini elan etdikdən sonra şəhərlərə səfərlər edərək, əhali ilə görüşlər keçirməyə başlayıb.