İslam dünyası “Xəttatlar İttifaqı” yaradılır

Islam

Türkiyədə “İslam Tarix Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi”nin (IRCICA) təşkilatçılığı ilə bu il ilk dəfə beynəlxalq xəttatlıq sərgisi keçiriləcək.
XALQ.AZ-ın xəbərinə görə, 32 ölkədən 150 xəttatın iştirak edəcəyi tədbir 12 – 15 sentyabr tarixdə İstanbul şəhərində baş tutacaq.

Tədbirin sonunda İslam dünyası “Xəttatlar İttifaqı”nın qurulduğu elan olunacaq.

Tədbirdə müxtəlif xəttatlıq əsərlərinin nümayişi ilə yanaşı konfranslar, müzakirələr keçiriləcək, dünyanın müxtəlif ölkələrindən gəlmiş xətt ustaları fikir mübadiləsi aparacaqlar.