İslamiadanın bağlanış mərasimi

 

Фото Pervane Quliyeva.

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi start götürüb.

 

XALQ.AZ-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın mərasimdə iştirak edir.

İslamiadada 268 dəst medal sahibini tapıb.

11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb.

Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib.Qeyd edək ki,2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi İstanbul edəcək. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.

Фото Pervane Quliyeva.

Фото Pervane Quliyeva.

Фото Pervane Quliyeva.

 

Фото Pervane Quliyeva.

 

Фото Pervane Quliyeva.

 

Фото Pervane Quliyeva.

Фото Pervane Quliyeva.