İsmayıllı gənclərindən şəhidlərimizin əziz xatirəsinə özəl FLAŞMOB

Vətən müharibəsində qəhrəmancasına şəhid olan mərd, igid oğullarımızın xatirəsi İsmayıllı rayonunda  yüksək ehtiramla yad edilib. 04 dekabr saat 12:00-da qeyd edilən sükutda rayon rəhbərliyi ilə yanaşı İsmayıllı rayon sakinləri də fəal iştirak edib. Rayon Mərkəzinində reallaşan anım tədbirindən sonra İsmayıllı sakinləri himnimizi ifa ediblər. Şəhidlərin ruhuna dualar oxunub. Tədbir zamanı ümumilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub. Rayon rəhbərliyi ilə yanaşı sakinlər ümumilli lider Heydər Əliyevə ehtiramlarını bildiriblər.   Eyni zamanda Rayon İcra Hakimiyyətinin təşkil etdiyi fleşmobda 44 günlük vətən müharibəsində şəhid olmuş 2783 qəhrəmanımızın şərəfinə gənclər 2783 rəqəmini əks etdiriblər.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!