İsmayıllının qayğıkeş başçısı

 

 

55

 

İsmayıllı Rayonunun  Keyvəndi, Kürdmaşı, Qalınçaq, və Topçu kənd sakinlərini dinləyən yoxdur?

İsmayıllı rayonundan XALQ.AZ-a  müraciət edərək şikayətləniblər. Belə ki, İsmayıllı   rayonunda yaranan problemlərin həlli istiqamətində heç bir addım atılmır.

Kəndlərdə yaşayanlar  sosial problemlərin həlli üçün İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müraciət etməklərinə baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayırlar. Keyvəndi, Kürdmaşı, Qalınçaq, və Topçu kənd sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməz olub. Belə ki, Mirdaməd Sadıqova  müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, İsmayıllı  Rayon İcra Hakimiyyətinin başçısının  təşəbbüskarlığının olmaması səbəbindən bu kəndlərdən yan keçib. Kənd sakinləri bildirilər ki, büün ölkədə inkişaf gedir ölkə başçısımız hər bir azərbaycanlının qayğığısına qalır, lakin bizim icra başçımız heç bizi qəbul etmir, icra hakimiyyətinə müraciət etdikdə bildirirlər ki, başçının qonaqları var bu gün olmayacaq. Biz anlamırıq rayona nə qədər qonaq gələr? Əgər bu qədər qayğıkeş başçımız varsa bəs bizimlə niyə maraqlanmır, deyə kənd sakinləri öz müraciətlərində bildiriblər.  Sakinlər bildirirlər ki, icra başçısımızdan fərqli olaraq seçdiyimiz millət vəkili dəfələrlə bizimlə görüşlər keçirir, lakin icra başçımız bizimlə görüşməkdən imtina edir. Səbəbini bizdə anlamırıq.

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq