İsrail-HƏMAS qarşıdurması: ölənlərin sayı 2100-ə çatdı

İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Qəzzanın Əl-Furqan məhəlləsində HƏMAS-ın hücumlarını hazırladığı və həyata keçirdiyi qaynar nöqtə hesab edilən 200-dən çox hədəfə zərbə endirib.
İsrail Müdafiə Qüvvələri bunun, son 24 saat ərzində bölgəyə üçüncü belə hücum olduğunu açıqlayıb.
BBC yazır ki, indiyədək İsraildə ölənlərin sayı 1200-ə yüksəlib. Həmçinin rəsmilər Qəzzada 900 nəfərin öldüyünü deyirlər.
“Həm Qəzzada, həm də İsraildə sağ qalanlar dağıntıların miqyasını hər iki tərəf arasında onilliklər davam edən qarşıdurmada heç vaxt yaşamadıqları bir şey kimi təsvir edirlər. İsraildə insanlar HƏMAS hücumunu “mülki əhalinin qətliamı” kimi qiymətləndiriblər. Qəzzada bir humanitar işçi insanların getməsi üçün “təhlükəsiz heç bir yer” olmadığını söyləyib”.
Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsrailin Qəzzada verdiyi cavab beynəlxalq hüququ pozmuş ola bilər.
“İsrailin özünü müdafiə etmək hüququ var, lakin bu, beynəlxalq hüquqa, humanitar hüquqa uyğun olaraq edilməlidir”, – o bildirib.