İsraildə vətəndaşımız HƏLAK OLDU
İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, həlak olanlar arasında 3 Azərbaycan yəhudi əsilli şəxs də var. A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.
Qeyd edək ki, Fələstinin HƏMAS silahlı qruplaşması ilə İsrail ordusu arasında toqquşma oktyabrın 7-də başlayıb. İndiyədək minlərlə şəxs həlak olub və yaralanıb.