Istanbulda azərbaycanlılar yaşadığı məhəllədə güllənmə- Atəş açıb motosikletlə qaçdılar- Video

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

XALQ.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.

Şübhəlilər hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi tardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.