İsti havada yaşlı qadını işlədən kimdir?

Xəzər rayonunun Mərdəkan qəsəbəsində Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşının qızmar havada işləyərkən lentə alınmış görüntüsü yayılıb.

XALQ.AZ xəbər verir ki, video-görüntünü tanınmış aparıcı Raqif Raufoğlu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edərək günün isti vaxtında işlərin dayandırılması ilə bağlı xəbərdarlıq edib. Bundan əlavə, dünən temperaturun 44 dərəcəyədək yüksələciy ilə bağlı da xəbərdarlıq olunmuşdu.