media-isv

Bu gün ölkəmizi “Avroviziya 2025” mahnı müsabiqəsində təmsil edəcək iştirakçənın adı açıqlanacaq.

“INFE” səhifəsi təmsilçi kimi ən çox adı halanan 5 ifaçını təqdim edib. Bildirilib ki, uzun müddətdir bu ifaçıların adı təmsilçi siyahısında hallandırılır.

Belə ki, siyahıda müğənni Natavan Həbibi, Mehin Hümbətova, Mado Salikh, reper Alizade və “Mamaqama” qrupu yer alıb.

Təmsilçinin kimliyi bu gün saat 20:00-da açıqlanacaq.

Qeyd edək ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. (Axşam.az)


media-ads-728x90

Bənzər xəbərlər