“iTicket.az”-ın xidmət səviyyəsi aşağıdır – Şikayətçi

Şikayətim “iTicket.az” bilet satışı saytındandır. Onlayn bilet aldım. 20 manat pul balansımdan çıxdı, amma bilet verilmədi.

Bu problemlə İsfəndiyar Bağırov üzləşib. O bildirib ki, “iTicket.az”-ın xidmət səviyyəsi aşağıdır:

“Bir qram xidmət yoxdur. Qaynar xəttə yığırsan 20 dəqiqə gözlədirlər, heç kim cavab vermir. Axırda da 1 manat kontur çıxır. Bileti sabah da əldə edə bilərəm. Ancaq onda da istədiyim yer artıq başqasına satılmış olacaq”.