İtkin düşən 12 yaşlı qız tapıldı-Komitə nəzarətə götürdü

Kütləvi İnformasiya Vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Komitədən XALQ.AZ-a verilən məlumata görə, 12 yaşlı L. Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Müvafiq tədbirlər görülür.