İtkin düşmüş yeniyetmə tapıldı

Lənkəranda itkin düşmüş 2007-ci il təvəllüdlü Burxan Cəfərov yaşadığı Zövlə kəndinin girəcəyində yolun kənarındakı yarımtikilidə tapılıb.

XALQ.AZ APA-a istinadən xəbər verir ki, qorxduğu üçün səsini çıxarmayan yeniyetmənin axtarışları bir neçə saat davam edib.

Onun üzərində hər hansı bir zorakılıq əlamətləri olmayıb, sağlamlığına dair ciddi təhlükə yoxdur.