İTV-nin iki əməkdaşı koronavirusa yoluxdu

İctimai Televiziya və Radio Yayımları Şirkəti yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.

Bu barədə şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib. 

O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.