İzzət Bağırov bahalıqdan gileylənib

Izzet

Əməkdar artist İzzət Bağırov konsert məkanlarının kirayəsi üçün məbləğin həddən çox olmasından gileylənib.

Nəzərinizə çatdırım ki, Heydər Əliyev sarayının bir günlük icarəsi 20 min AZN olduğu bildirilir. Müğənnilər konsert öncəsi bir günün də məşq üçün lazım olduğundan təkcə bir günlük konsertə görə 40 min AZN ödəməli tələb olunduğunu deyirlər. Hələ biletlərin satılıb satılmayacağı isə böyük şübhə altındadır.

İzzət Bağırov bu günə kimi bir çox konsert verdiyini deyərək əlavə edib ki, düzdür o son 4-5 ildə konsert verməyib, səbəbi isə icarə haqqının hədən artıq yüksək olmasıdır.

Bəli, bizdə məşhurlar yalnız toylarda bir yerə yığılır, oxuyur, oynayır. Deyəsən belə getsə Azərbaycanda konsert verən müğənni qalmayacaq.