Jalə Əhmədova seçicilərlə görüşdü

Noyabrın 25-də Salyan şəhərində növbəti dəfə seçici qəbulu keçirilib.

Milli Məclisin deputatı Jalə Əhmədova qəbul zamanı 51 nəfər seçicini fərdi qaydada qəbul edərək dinləyib.

Ərizə və müraciətlərini qəbul edib. Qaldırılan məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində köməklik əsirgəməyəcəyimi diqqətə çatdırıb.

Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının üstünlük təşkil etdiyi qəbulda işsizlik, pensiya və torpaq məsələləri qeyd olundu. Bir neçə seçici məhkumluq həyatı yaşayan yaxınlarının əfv edilməsi məsələsi ilə bağlı müraciət etdi.

Yenə də işsizlikdən şikayət edən qazilər, onların işlə təmin olunmalarına köməklik göstərilməsini xahiş etdilər.