Millət vəkili Jalə Əliyeva şəhidimizin ailəsini ziyarət etdi

Milli Məclisin deputatı Jalə Əliyeva Ucarın Lək kəndində şəhid Cəbrayılov Xəyal Rafiq oğlunun il mərasimundə iştirak edib.

XALQ.AZ xəbər verir ki, millət vəkili Jalə ƏIiyeva Ucar rayon rəhbərliyi, rayon ictimaiyyəti və kənd camaatı ilə birlikdə öncə şəhidin əbədi uyuduğu məzarlığı ziyarət edilib, məzarının önünə gül çiçək dəstələri düzülüb.

Ailəsinə bir daha baş sağlığı verdik deyə millət vəkili bilidrib.

Sonra şəhidimizin evində ehsan süfrəsində iştirak etdik, ruhuna dualar oxuduq. Şəhidlərimiz əbədi bizimlədirlər. Nurlar içində yatsınlar.