Jalə Əliyeva: “Bu günlərə görə, Şəhidlərimizə, yaralılarımıza, əsgərlərimizə borcluyuq”

Millət vəkili, professor Jalə Əliyeva efirdə göz yaşlarına hakim ola bilməyib.

XALQ.AZ-ın xəbərinə görə, belə ki, millət vəkili hazırda da davam edən verilişdə, yəni, ATV-nin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimlsən” verilişində çıxışı zamanı özünü ağlamaqdan saxlaya bilməyib.

Şəhidlərdən, Şəhid ailələrindən, onların qəhrəmanlıqlarından, məğrur duruşlarından danışan millət vəkili “kaş mənim də oğul övladım olaydı və müharibədə iştirak edəydi”-deyib və bu zaman göz yaşlarına hakim ola bilməyib, verilişdə duyğulu anlar yaşanıb.

Bir daha Şəhidlərə Allahdan rəhmət diləyən, Şəhid ailələrinə başsağlığı verən millət vəkili artıq onların bir Tarix, bir Dastan olduğunu söyləyib.

“Allah Azərbaycanımızı, dövlətimizi, millətimizi qorusun. Bu günlərə görə, Şəhidlərimizə, yaralılarımıza, əsgərlərimizə borcluyuq”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.