Jalə Əliyeva: “Körpələr, uşaqlar güləndə, dünya da gülür”

Uşaqlar, xüsusilə də atasız-anasızlar bütün dövrlərdə cəmiyyəti ən çox narahat edən, düşündürən bir məsələ olub.

Əfsuslar olsun ki, bu gün də belədir…

Nə edəsən, necə edəsən ki, bu qəbildən uşaqlar olmasın, onlar boynu bükük, gözləri yolda qalmasın…

Təəssüf ki, həyat hər zaman hər kəsə eyni şəkildə ədalətli davranmır, taleh hər zaman hər kəsin üzünə gülmür…

Kimsəsiz, atılmış, valideyn nəvazişindən məhrum körpələr, uşaqlar kimi…

Ana, ata kəlməsini tələffüz etməyə həsrət olan bu uşaqların da əzizlənmək, sevilmək, isti qucaqda uyumaq ən doğal haqlarıdır.

Qoy hər bir uşağın yuvası olsun, qoy hər bir uşağın üzü gülsün.

Tanrıdan ən böyük istəyimiz, ən əsas təmənnimizdir bu!

O körpələrin xoşbəxtliyi cəmiyyətin hər bir üzvündən, yəni, hamımızdan asılıdır.

Və təbii ki, qanunların aliliyi, mükəmməl qanunlar, dövlət qayğısı və dövlət nəzarəti bu uşaqların bu gününün və gələcəyinin sığortasıdır.

Və körpələr, uşaqlar güləndə, dünya da gülür.

Gəlin hər zaman dünyanı güldürən körpələrimizin, uşaqlarımızn üzünü, gözünü, qəlbini güldürək!

Bu, heç də çətin deyil!

Jalə ƏLİYEVA,

Milli Məclisin deputatı