Jalə Əliyeva seçicilərlə növbəti onlayn görüş keçirib-Fotolar

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Zərdab rayonunda seçiciləri ilə onlayn formatda növbəti qəbulunu keçirib.

XALQ.AZ xəbər verir ki, qəbulda 21 nəfər iştirak edib. 4 saat davam edən videoqəbulda vətəndaşların müxtəlif səpkili xahiş və təklifləri dinlənilib. Müraciətlərin əksəriyyəti məşğulluqla, işə düzəlmə ilə bağlı olub. Eyni zamanda əilliyin təyin edilməsində mövcud olan yerli xarakterli neqativ hallar deputatın diqqətinə çatdırılıb. Qəbulda sosial müavinətlərin verilməsiylə bağlı məhdudiyyətlər ətraflnda fikir mübadiləsi aparılıb. Qəbulda iştirak efən 1-ci Qarabağ müharibəsində həlak olmuş əsgərin atası, oğlunun şəhidlik statusunun müəyyənləşdirilməsində deputatın köməklik göstərməsini ondan xahiş edib. Seçicilər rayonda şəhid adlarının əbədiləşdirilməsi arzularını da deputatın diqqətinə çatdırıblar. Deputat Jalə Əliyeva bu məsələnin hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqətində olduğunu seçicilərinin nəzərinə çatdırlb, müqəddəs şəhidlərimizin adının Zərdab rayonunda da əbədiləşdirilməsi üçün artıq əməli addımlar atıldığını, bu məsələnin qısa zamanda müsbət həlli üçün mümkün olan köməyi göstərəcəyini bildirib. Qaldırılan məsələlərin bəziləri ətraflnda qəbul əsnasında şifahi olaraq əlaqədar icra orqanları ilə telefon vasitəsilə söhbət aparılıb və kömək istənilib. Digər məsələlər haqqında isə deputat tərəfindən əlaqədar qurumlara yazılı müraciət ediləcəkdir.

XALQ.AZ