Jalə Əliyevanın həmtəsisçisi olduğu Həsən bəy Zərdabi İrs Mərkəzi növbəti layihəsinə start verdi

Bu gün “Həsən bəy Zərdabi İrs Mərkəzi”, Zərdab rayonu Heydər Əliyev Mərkəzi nin birgə təşkilatçılığı ilə “Türk Dünyasının Xilaskarları” adlı layihəyə start verilib. 

Milli Məclisin deputatı professor Jalə Əliyevanın Həmtəsisçisi olduğu mərkəz videoformatda ilkin hazırlıq toplantısı keçirilib.

Lahiyə çərçivəsində “Türk dünyasının xilaskarları- müstəqillikdən zəfərə doğru” adlı silsilə online konfransların keçirilməsi nəzərdə tutulur. “Bir millət iki dövlət- Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarı altında online formatda keçirilən layihənin ilk konfransı Türkiyədən qatılan araşdırmacı yazar Qazi Karabulut, Ankara Hacı Bayram Veli Universiteti Asya Araşdırmalar Mərkəzinin Professoru Dr. Sinan Demirtürk , Araşdırmacı Yazar Önder Karakartalın iştirakı ilə gerçəkləşdirildi. “Türk dünyasının xilaskarları- müstəqillikdən zəfərə doğru” mövzusunda keçirilən konfrans Samux, Astara, Sabirabad, Ağdaş, Qax, Şabran, Göyçay, Ucar, Salyan, Şirvan, Tovuz, Hacıqabul, Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzlərinin rəhbərləri və nümayəndələrinin birgə iştirak etdilər