Jirinovski üzr istədi

29

 

LDPR sdəri Vladimir Jirinovski “Rossiya seqodnya” informasiya saytının təhqirə məruz qoyduğu hamilə jurnalistdən üzr istəyib.

Xalq.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın 1-ci telekanalında yayımlanan “Vladimir Solovyovla bazar günü görüşü”nün birbaşa efirində o, bildirib ki, “qızla bir qədər kobud danışıb və ona kobud cavab verib”. Jirinovski lazım gələrsə jurnalistə maddi kömək göstərə biləcəyini də deyib.
O da məlum olub ki, LDPR-in Krasnoyarskdan olan üzvü Yevgeni Malçikov Jirinovskinin ünvanına öz partiya vəsiqəsini də içinə qoyduğu məktub göndərib. Məktubda o, partiya sədrinin xanım jurnalistə qarşı hərəkətini rüsvayçılıq adlandırıb.