Jurnalistlər ağacəkmə aksiyasında -Fotolar

Bakının Səbail rayonu ərazisində yerləşən Jurnalistlər Binasının ətrafında agacəkmə aksiyası keçirilib.

XALQ.AZ xəbər verir ki, kampaniya Medianın İnkişafı Agentliyi və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə Ekologiya və Milli Sərvətlər naziri Muxtar Babayev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da iştirak ediblər. 

Torpaq çərşənbəsi günü təbiətə töhfə vermək naminə şəhərciyin həyətində 400-ə yaxın ağac əkilib. Qeyd edək ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Eyni zamanda, öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə tədbir çərçivəsində əlavə meyvə tingləri paylanılıb.