Jurnalistlər Milli Məclisin iclasına buraxılmayacaq

Jurnalistlər Milli Məclisin plenar iclasa buraxılmayacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyunun 12-də saat 11:00-da keçiriləcək iclasa koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı bu dəfə nə KİV, nə mətbuat nümayəndələri ümumiyyətlə dəvət ediləcək.

İclasın gedişi ilə bağlı şöbə tərəfindən video, foto və press-reliz jurnalistlərə təqdim ediləcək.