Kəbədə ilk təravih namazı qılındı

kebe

Ramazan ayının ilk günündə “Məscid-ül Haram”a təşrif buyuran minlərlə müsəlman ilk təravih namazını Kəbədə qılmaq şərəfinə nail olub.

XALQ.AZ-ın məlumatına görə, “Məscid-ül Haram”a girə bilməyənlər isə namazlarını küçədə qılmalı olublar.

Çox sayda insan iştirakına görə ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb. Kəbəyə yaxın prospektlərdə nəqliyyatın hərəkəti bir müddət dayanıb. Namazda müsəlman aləminin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün dualar edilib.

Qeyd edək ki, Kəbədə iki saat davam edən təravih namzı hər gün iki imam tərəfindən xətmlə iyirmi rükət qıldırılır.