Kəlbəcər istiqamətində mövqelərimiz yenə atəş altında

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.