Kəlbəcərin yeni icra başçısı kimdir? – FOTO

Bu gün Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

XALQ.AZ xəbər verir ki, Azər Qocayev 1985-ci ildə anadan olub. Müxtəlif dövlət qurumlarında çalışıb.

Son təyinatadək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işləyib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

XALQ.AZ