Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. 

XALQ.AZ xəbər verir ki, nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb. Təyinat barədə əmri Kənd Təsərrüfatı naziri İnam Kərimov imzalayıb. Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin əvvəlki direktoru Elçin Zeynalov ötən həftə Kənd Təsərrüfatı nazirinin müavini təyin edilib.