Kamal Cəfərov seçicilərinin probleminə həll etdi

Sabirabad şəhərindəki 5 mərtəbəli binaların kanalizasiya problemi həll edilir.

XALQ.AZ xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov məlumat verib.

“Problemin həlli ilə bağlı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova məlumat vermişdim. Qorxmaz müəllim məsələni dərhal nəzarətə götürdü və icrası ilə bağlı müvafiq tapşırıqlar verdi. Şirvan regional su-kanal idarəsinin rəisi Azad müəllim, Sabirabad şəhər icra nümayəndəsi Sübhan müəllim, mənzil kommunal təsərrüfati birliyinin sədri Ağanəzər müəllim, rayonun gigiyena və epidemiologiya mərkəzinin rəhbəri Yaqub doktorla birgə kanalizasiya boruları təmir edilən binaların sakinləri ilə görüşdük.

Böyük məmnuniyyətlə bildirirəm ki, artıq 7 binadan 5-nin kanalizasiya boruları yenilənib. Bina sakinləri çox razılıq etdilər. “Azərsu” ASC və Sabirabad rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Növbəti mərhələdə isə Sabirabad şəhər icra nümayəndəliyi və mənzil kommunal təsərrüfati birliyi təmir edilən binaların zirzəmisinin havalandırılması üçün müvafiq təmir işləri aparacaq, daha sonra rayonunun gigiyena və epidemiologiya mərkəzi tərəfindən zirzəmilərdə dizenfeksiya işləri həyata keçiriləcək. Bununla həm də həmin binalarda ağcaqanad problemi də həll olunacaq.

Yüzlərlə sakinin həyat şəraitinin yaxşıladırılmasına çevik reaksiya verdikləri və qeyd edilən problemin həlli üçün “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova və bu prosesdə müvafiq dəstəyi verən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin müəllimə təşəkkür edirəm”.

Qeyd edək ki, Kamal Cəfərov seçicilərinə müraciət edərək söz verib ki, hər zaman onların yanında olacaq, seçicilərin problemlərinin həlli üçün köməyini əsirgəməyəcək.

XALQ.AZ