Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili lə görüşüb.

Baş Prokurorluqdan XALQ.AZ-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində nailiyyətlərin əldə olunduğu vurğulanmış, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.