Kamran Bayramov Assambleyanın iclasında çıxış etdi

Milli Məclisin deputatı Kamran Bayramov Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Parlamentlərarası Assambleyası Baş Assambleyasının İndoneziyanın Cakarta şəhərində keçirilən 44-cü iclasının plenar panelində iştirak  edərək  çıxış edib.

Məlumata əsasən   Assambleyasının 44-cü iclası çərçivəsində “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçirilən Azərbaycan-AİPA dialoq panelinə qatılaraq, tərəfdaş parlamentlərlə əməkdaşlığın inkişafı üzrə müzakirələr aparıb.