Kamran Bayramov BMT-nin vebinarında iştirak etdi

Milli Məclisin deputatı Kamran Bayramov onlayn vebinarda iştirak etdi.

XALQ.AZ xəbər verir ki, millət vəkili martın 16-da Parlamentlərarası İttifaqın və BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyasının birgə təşkilatçılığı ilə “Heç kəsin kənarda qalmadığı gələcəyin qurulması: COVİD-19 pandemiyasından qurtulmanın Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təmin edilməsində parlamentlərin səyləri” mövzusunda keçirilən onlayn vebinarda iştirak edib və xarici həmkarlarla mövcud təcrübə ilə bölüşüb, faydalı müzakirələr aparılıb.