Kamran Bayramov qəbul keçirib

Milli Məclisin deputatı Kamran Bayramov öz seçiciləri ilə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, görüş Şəmkir rayonunun Yeniabad kəndində baş tutub.

Görüşdə seçicilər dinlənilmiş, onlar tərəfindən əsasən elektrik enerjisi təminatı, rabitə, qaz təchizatı, ünvanlı sosial yardım və digər problemlər qaldırılıb.

 

Müvafiq müraciətləri qəbul olunaraq, onların aidiyyəti üzrə göndəriləcəyi və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib. Bununla yanaşı, seçicilərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə son ildə görülən işlər, həyata keçirilən islahatlar, imzalanmış mühüm sənədlər barədə ətraflı məlumat verilib.


Comments are closed.