Kamran Bayramov şəhid ailələrini ziyarət etdi

Milli Məclisin deputatı Kamran Bayramov şəhid ailələrini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, Şəhid ailələrinin qayğılarını dinləyən deputat bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olmuşdur.
Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışan millət vəkili şəhidlərimiz və onların valideynlərinin qarşısında baş əyirik deyir.
Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Kamran Bayramov bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunurlar.

XALQ.AZ