Kamran Bayramov Şəmkirin kəndlərində seçiciləri ilə bir arada – FOTO

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramovun  seçicilərlə görüşləri dünən də davam etdirilib.

XALQ.AZ xəbər verir ki,  YAP-ın namizədi Kamran Bayramov Şəmkir  rayonunun Ceyrançöl, Yeniabad  kəndlərində  seçicilərlə görüşüb.

Şəmkir rayonunda seçkiqabağı təşviqatını davam etdirən Kamran Bayramov seçiciləri ilə səmimi söhbətlər edib.

Daha sonra, rayonun ən ucqar kəndlərindən olan, Ceyrançöl adlı ərazidə yerləşən və qardaş  Ahıska türklərinin yaşadığı İsgəndərli kəndinə gəlib, kəndin girəcəyində kəndin sakinləri tərəfindən çox böyük mehribanlıqla qarşılanıb. Dəfələrlə seçicilərlə görüşlər keçirtdiyi kəndi qapı-qapı gəzib, insanlarla xeyli söhbət edib, təşviqatını aparıb.

İsgəndərli kəndinin sakinləri  də seçkilərdə  Kamran Bayramova səs verəcəklərini deyib.

Deputatlığa namizədin seçkiqabağı təşviqat apardığı  növbəti yaşayış məntəqəsi Yeniabad kəndi olub. Kəndi xeyli gəzib, küçələrdə ona  rast gələn insanlarla görüşüb, söhbətləşib, onlardan böyük dəstək görüb.

Seçicilər qeyd edib ki, seçki günü bu kənddə səslər Yeni Azərbaycan Partiyasının namizədinə veriləcək!

Kamran Bayramov hər bir seçicisinə minnətdarlığını bildirib.

Sonda seçicilər fevralın 9-da Kamran Bayramova səs verəcəklərini deyiblər.

XALQ.AZ