Kamran Bayramov yerli qurumların nümayəndələri ilə onlayn görüş keçirib

Milli Məclisin deputatı Kamran Bayramov Daşkəsən rayonunda icra nümayəndələri, məktəb direktorları, yerli qurumların nümayəndələri ilə onlayn görüş keçirib. Bu barədə şəxsi facebook səhifəsində məlumat verib.

Millət vəkili qeyd edib ki,Daşkəsən rayonunun bir sıra icra nümayəndələri, məktəb direktorları, yerli qurumların nümayəndələri ilə onlayn görüş keçirtdik, rayonun yaşayış məntəqələrində mövcud olan problemləri müzakirə etdik, pandemiya ilə mübarizə sahəsində rayonda aparılan işlərlə maraqlandıq, yaxın zamanda rayonda seçicilərlə görüşlərin keçirilməsini planlaşdırdıq.