Kamran Bayramovun seçicilərlə görüşləri davam edir – FOTO

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramovun  seçicilərlə möhtəşəm görüşləri davam etdiririlir.

XALQ.AZ xəbər verir ki,  YAP-ın namizədi Kamran Bayramov Daşkəsən rayonunun Xuluf və Keçili kəndlərində  seçicilərlə görüşüb.

Dünənki görüşlərdə Kamran Bayramov  seçkiqabağı təşviqatını yenə də uğurla  davam etdirib.

Öncə rayonun Xuluf kəndində olub, kəndi gəzib, seçicilərlə görüşüb, təşviqatını aparıb.

Görüşdüyü  seçicilərin sözlərinə görə, onlar artıq seçimlərini  müəyyənləşdiriblər – Daha Güclü Azərbaycan Naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər! Var olsunlar!

Kamran Bayramov daha sonra Xuluf kəndində qapısını döydüyü  bir seçicinin təsərrüfatı ilə də tanış olub, təsərrüfatda çalışan zəhmətkeşlərlə də görüşərək söhbət edib, uğurlar arzulayıb.

Deputatlığa namizəd seçkiqabağı təşviqat çərçivəsində Şəmkirin Keçili kəndində də olub. Qapıları döyüb, kənd sakinləri tərəfindən çox səmimi qarşılanıb, xeyli söhbət edib, təşviqatını  aparıb. Keçili kəndinin seçiciləri Kamran Bayramovla birgə olduqlarını və  bunu sübut etmək üçün səsvermə gününü səbirsizliklə gözlədiklərini deyiblər.

Keçili kəndində qapı-qapı ziyarətlərini də davam etdirib, təşviqatını da aparıb.

Keçili kəndini xeyli gəzib, kənd sakinlərinin evlərində də olub, çay süfrəsi arxasında söhbətləşib, seçicilərin səsvermə günündə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyinə tam əmin olub!

Görüşlərdə çıxış edən Kamran Bayramov göstərilən yüksək etimada və onun fəaliyyətinə verilən qiymətə görə seçicilərə minnətdarlıq edərək, növbəti dəfə Milli Məclis üzvlüyünə seçilərsə, yenə də seçiciləri ən yaxşı şəkildə təmsil edəcəyinə söz verib.

XALQ.AZ