Kamran Bayramovun seçicilərlə möhtəşəm görüşləri – FOTO

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramovun seçicilərlə möhtəşəm görüşləri davam etdiririlir.

XALQ.AZ xəbər verir ki, deputatlığa namizəd seçkiqabağı təşviqat çərçivəsində Şəmkirin Təzəkənd kəndinə gələrək, seçiciləri ilə görüşüb. Bu zaman təşviqatını aparan Kamran Bayramov onlarla xeyli söhbət edib, problemləri dinləyib. Görüş zamanı seçicilər deputatlığa namizədə dəstəyini ifadə ediblər, bu seçkidən böyük gözləntilərinin olduğunu bildiriblər. Kəndin küçələrini gəzib, qapıları döyüb, kəndin həyatı ilə maraqlanıb, möhkəm və birmənalı dəstək alıb.

Kamran Bayramov Təzəkənd kəndində ziyalılarla da görüşüb, evlərində qonaq olub, çay süfrəsi arxasında xeyli maraqlı söhbətlər edib, kənddən xoş təəssüratlarla ayrılıb. Sonda seçicilər Kamran Bayramova səs verəcəklərini xüsusi qeyd ediblər.

XALQ.AZ