Kanada Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Xalq.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Melani Coli tviter hesabında yazıb.

Dövlət rəsmisi sanksiyanın konkret nədən ibarət olacağını açıqlamayıb.

“Çox qısa müddətdə mən yeni sanksiyaların tətbiqini elan edəcəyəm”, – o deyib.