Kardaşyana hücum etdilər

Kardasyan

Qalmaqallı məşhur ukraynalı jurnalist Vitali Sedyukun məşhurlar arasındakı “qurbanları”nın sayı artır. Bu dəfə o, erməni əsilli porno aktrisa, fotomodel və teleaparıcı Kim Kardaşyana hücum edib.

XALQ.AZ TMZ portalına istinadən xəbər verir ki, insident 25 sentyabr Parisdəki yüksək yüksək moda həftəsində baş verib. Kim Kardaşyan həyat yoldaşı reper Kanye Uest və anası Kris Cenner ilə nümayişlərin birində olublar. Aktrisa maşından düşən zaman xaki rəngli pencək və sarı rəngli şarf geyinmiş kişi ona hücum edib və yerə yıxmağa çalışıb.

Aktrisanın mühafizəçiləri onun köməyinə gələrək Sedyuku dayandırıblar. Fox News-un məlumatına görə jurnalist həbs olunmayıb.