Kardioqrammadan parol kimi istifadə edilə bilər

Qolbaq

“Bionym” startapı cəlb etdiyi 14 milyon dolları “Nymi” qolbağının istehsalına başlamaq üçün xərcləməyi planlaşdırır.

XALQ.AZ-ın “ICTnews”a istinadən məlumatına görə, “Nymi” ürəyin elektrik aktivliyini ölçür, sonra bu məlumatı mobil qurğu və fərdi kompüterə giriş üçün parol kimi istifadə edir.

“Bionym” startapının baş direktoru Karl Martin bildirib ki, bu vəsait 10 min “Nymi” qolbağının istehsalına, heyətin artırılmasına xərclənəcək.

Hazırda “Bionym” startapında təxminən 40 insan çalışır. Şirkət yeni mütəxəssislər axtarır.

“Nymi” qolbağı ürək əzələsi (elektrokardioqram) tərəfindən generasiya olunan elektrik aktivliyini ölçür və identifikasiya zamanı üçün bu məlumatlardan istifadə edir. Qolbağın yaradıcıları iddia edirlər ki, ürəyin elektrik aktivliyi hər bir insan üçün unikaldır və buna görə parol kimi istifadə oluna bilər.

Birinci 20 min sifariş üçün qolbağın qiyməti 79 dollar təşkil edir. Sonra cihazın qiyməti 99 dollaradək artırılacaq və üç variantda (qara, ağ və narıncı) təklif ediləcək.