Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü

Şabran rayonunda baş verən yol qəzasında ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.

XALQ.AZ xəbər verir ki, o, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.