Keçmiş prezident pivə vannasında – FOTO

Polşanın keçmiş prezidenti Lex Valensa sosial şəbəkədə pivə vannası qəbul edərkən çəkilmiş şəklini paylaşıb. 

Sabiq prezidentin feysbuk səhifəsində paylaşdığı fotosunu şərh edən “Fakt” nəşri belə prosedurların dəri üçün faydalı olduğunu yazıb.

“Belə prosedurun qiymətləri kurortun yerindən və insanların sayından asılıdır. Məsələn, Uneyuvdakı spa mərkəzində bir saat çimmək üçün 47,8 dollar tələb olunur. VIP cakuzi seçsəniz, qiymət qalxır. Təxminən 73 dollar ödəyəcəksiniz və ondan 6 nəfər istifadə edə bilər. Hər əlavə şəxs üçün 12,6 dollar ödəməli olacaqsınız”, – deyə məlumatda qeyd olunur.