Keşlə uşaqları vəhhabilərlə məzələndi (VİDEO)

Sosial şəbəkələrdə Keşlə sakini gənclərin vəhhabiləri ələ salan video çarxı yayılıb.

XALQ.AZ-ın xəbərinə görə, video çarx, “Sübhan Allah! Müqəddəs Keşlə torpağındayıq” – sözləri ilə başlayır.

Bundan sonra danışan şəxs Keşlə adının mənasını açıqlayaraq, “Keş”in büt adı olduğunu, “lə”nin (ərəbcə xeyr) isə bütləri inkar etmək olduğunu deyir.

Küfrün kökünü kəsmək üzrə olduqlarını deyən natiq, son damla qanlarına qədər vuruşacaqlarını bildirir.

Bütün əxilərin Keşlənin müdfiəsinə çağırıldığı çıxışda NZS adının dəyişdiriləcəyi də vurğulanır.

Qeyd edək ki, 2 gün əvvəl “You-Tube” portalına yüklənən video 2 500 dəfədən çox izlənib.

Video: Kanal Mixed