Kirayə evlər bahalaşdı

Bakının bəlli rayonlarında avqust-sentyabr aylarında kirayə mənzillərin qiyməti bahalaşıb.
Bahalaşma əsasən tələbə axını əlaqəlidir və 20-30 faiz civarındadır.
Hazırda universitetlərə yaxın rayonlar üzrə qiymətlər belədir: Yasamal rayonunda 2-3 otaqlı və əşyalarla birgə kirayə evlər 400-650 manat arasında dəyişir. Bu evləri bir neçə tələbə kirayə götürərkən onlara qiymət 100-200 manat arasında başa gəlir. Nərimanov rayonunda isə 2-3 otaqlı evlərin qiyməti 550-750 manat arasında dəyişir. Bakıdan kənarda isə kirayə evləri 2 dəfə ucuz qiymətə tapmaq mümkündür.
Qeyd edək ki, ötən illə müqayisədə kirayə evlərin qiymətində 50-100 manat bahalaşama qeydə alınır.