Kişi evdə yanıb öldü

Yandi-2

Dünən saat 10 radələrində Sabirabad rayonunda mənzillərin birində güclü yanğın baş verib. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Zalqarağac kənd sakini Qurban Hacıyevə məxsus 3 otaqlı evdə qeydə alınıb.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürüldükdən sonra Q.Hacıyevin arvadı Nazlı Hacıyevanın yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.