Kişi narkotikdən zəhərləndi

Zeher

Cəlilabadda bir nəfər narkotik vasitədən zəhərlənib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cəlilabad rayon sakini Aqil Bağırov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, Aqil Bağırov narkotik vasitələrdən istifadə edərkən zəhərlənib.

Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik istintaqa məlum deyil.

Faktla bağlı araşdırma aparılır.