Komaya düşən ana hələ də ayılmayıb

Ana

Sumqayıtda ölü uşaq doğduqdan sonra komaya düşən Aynurə Abbasova hələ də ayılmayıb. Bunu Respublika Klinik Xəstəxanasının reanimotoloqu Vidadi Həsənov deyib. Onun sözlərinə görə, ananın vəziyyəti ağır olaraq qalmaqdadır.

“Xəstənin durumunda heç bir irəliləyiş yoxdur. Bəzən kiçik reaksiyalar verir. Lakin bu onun tezliklə özünə gələ biləcəyinə əsas vermir”, – deyə Vidadi Həsənov bildirib.

Xatırladaq ki, 28 yaşlı Aynurə Abbasova aprelin 15-də Sumqayıt şəhər 2 saylı doğum evinə gətirilmişdi. A.Abbasova ölü doğuşdan sonra komaya düşmüş və 20 gün belə vəziyyətdə qalmışdı. Ananın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilmişdi.