Komitə sədri Beynəlxalq Konfransda çıxış etdi

Bu gün Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) təşkilatının iqlim dəyişikliyinə həsr olunan “Xalis sıfıra nail olmaq yönündə siyasi partiyaların rolu” mövzusunda xüsusi onlayn konfransı keçirildi.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov jonfransda onlayn iştirak edərək çıxış edib.

Konfrans çərçivəsində 2 sessiyada məruzələr oldu.

1-ci sessiya: “Xalis sıfır”a çatmaq üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın dəstəklənməsi və 2-ci sessiya: “Xalis sıfır”a çatmaq üçün siyasi partiyaların regional və qlobal fəaliyyətlərinin gücləndirilməsi mövzusunda keçirilib.

Deputat “İqlim dəyişmələri ilə mübarizədə dövlət-özəl sektor arasında tərəfdaşlığın rolu”mövzusunda çıxış edib.