Komitə sədri: “Büdcənin icrası zamanı bəzi çatışmazlıqlar müəyyən edilib”

Milli Məclisin bugünklü iclasında 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilir.

XALQ.AZ xəbər verir ki, müzakirə zamanı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcənin icrası ilə balı bir sıra rəqəmləri səsləndirib:

“Müharibə şəraiti, döyüşün maliyyələşdirilməsi, şəhid ailələri və qazilər üçün həssaslıq dövlət büdcəsi qarşısında vacib məsələlərdən biri olub. Bununla yanaşı, bir sıra xərclərin dövlət büdcəsində icrası 99,1 %-ə çatıb. Pandemiya səbəbindən iqtisadi aktivlik, əhalinin hərəkəti məhdudlaşdırılıb. Son 5 ildə sosalyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 5 dəfə artıb. Ölkədə koronavirus pandemiyası ilə mübarizədə 2 milyard manata yaxın vəsaitin icrası təmin edilib.

2020-ci il dövlət büdcəsinin icrası zamanı bəzi çatışmazlıqlar müəyyən edilib. Komitədə aparılan təhlillər o qənaətə gəlməyə imkan verir ki, “Büdcə sistemi haqqında qanun”un təkmilləşməsinə ehtiyac var. Yaxud bununla bağlı yeni qanunun qəbulu daha çevik qərarların qəbul edilməsin səbəb ola bilər. Dünyada son zamanlar böhranlı durumların baş verməsi bu sahədə yeniliklərin təkmilləşməsini tələb edir”.